Paşinyan və Putinin müzakirə edəcəyi mövzular açıqlandı

Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumat yayıb.

Bildirilir ki, tərəflər görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, perspektivləri, tərəfdaşlıq və müttəfiqlik əməkdaşlığı, eləcə də Avrasiya regionunda əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, Putin və Paşinyan Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı barədə danışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31