Cənubi Qafqazda gərginlik arta bilər: İran faktoru və Ermənistan seçkiləri sülh prosesini sınağa çəkir – ÖZƏL
13:26 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Stratfor analitik mərkəzi bildirir ki, İran ətrafında mümkün müharibə fonunda Cənubi Qafqazda siyasi və təhlükəsizlik gərginliyi arta bilər.
Məlumata görə, bu vəziyyət Azərbaycanı sərhədlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə və enerji infrastrukturunu qorumağa vadar edəcək. Birbaşa münaqişəyə qoşulma ehtimalı aşağı qiymətləndirilsə də, enerji qiymətlərinin artması ölkənin ixrac gəlirlərini qismən yüksəldə bilər. Eyni zamanda, Ermənistan alternativ quru marşrutlar axtardığı üçün yanacaq ticarətində artım mümkündür.
İyunda Ermənistanda keçiriləcək seçkilər isə Azərbaycanla sülh danışıqlarının taleyinə təsir göstərə bilər. Baş nazir Nikol Paşinyan yenidən seçilərsə, Bakı ilə əməkdaşlıq və Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi davam edə bilər. Müxalifətin qələbəsi isə danışıqlarda daha sərt mövqeyə gətirib çıxara bilər.
Hesabatda qeyd olunur ki, Rusiya Ermənistandakı seçki prosesində gərginliyi artırmaq üçün hibrid vasitələrdən - etirazların təşviqi və siyasi sabitsizliyin gücləndirilməsi kimi addımlardan istifadə edə bilər.