Buçaya giriş bağlandı: Aİ nümayəndə heyətinin səfəri Kiyev ətrafında nəqliyyat böhranı yaratdı-ÖZƏL
13:20 DünyaKiyev vilayətinin Buça şəhərinə girişin tam bağlanması paytaxt ətrafında ciddi nəqliyyat sıxlığına səbəb olub. Olaylar.az xəbər verir ki, "Strana" nəşrinin yaydığı məlumata görə, tətbiq olunan məhdudiyyətlər nəticəsində Buça-Kiyev istiqamətində uzun tıxaclar yaranıb və vəziyyət daha da gərginləşib. Məlumata əsasən, şəhərə girişin bağlanması Avropa İttifaqı nümayəndə heyətinin səfəri ilə əlaqədardır. Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas və bir sıra üzv ölkələrin xarici işlər nazirləri Kiyevdə keçiriləcək qeyri-rəsmi görüş çərçivəsində Buçaya səfər etməyi planlaşdırır.
Bildirilir ki, görüş çərçivəsində Aİ Şurasının qeyri-rəsmi iclası keçiriləcək. Bununla yanaşı, bəzi Avropa ölkələrinin bu səfərdə nazirlər səviyyəsində deyil, daha aşağı səviyyəli diplomatlarla təmsil olunacağı qeyd olunur.