Polşanın Yaxın Şərqə Patriot batareyaları yerləşdirmək planı yoxdur-ÖZƏL
13:18 DünyaPolşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib ki, Varşavanın Yaxın Şərqə Patriot batareyalarını yerləşdirmək planı yoxdur. Olaylar.az xəbər verir ki, Kosiniak-Kamış X-də yazıb: "Bizim Patriot batareyalarımız və onların silahları Polşa hava məkanını və NATO-nun şərq cinahını qorumağa xidmət edir. Bu baxımdan heç nə dəyişməyib və onları heç yerə köçürmək planımız yoxdur!".
Daha əvvəl "Rzeczpospolita" qəzeti ABŞ-ın Polşa ilə Varşavanın iki "Patriot" batareyasından birini və onlar üçün raketləri Yaxın Şərqə yerləşdirmək imkanını qeyri-rəsmi şəkildə müzakirə etdiyini bildirmişdi . Polşa Müdafiə Nazirliyinin sözçüsü Yanuş Sejmej vurğulamışdı ki, bu məsələ ilə bağlı Vaşinqtondan hələlik rəsmi sorğu daxil olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31