Ermənistanda “üsyançı” yepiskoplar çıxılmaz vəziyyətdə: Paşinyan və Katolikos arasında seçim – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "İravunk" qəzeti ölkənin dini dairələrində baş verən gərginliklə bağlı yeni təfərrüatlar yayımlayıb. Nəşrin "üsyançı" yepiskoplara yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Katolikos II Qareginə qarşı çıxan din xadimləri hazırda iki od arasında qalıblar. Baş nazir Nikol Paşinyan sözügedən yepiskopları görməzdən gəlir və onlara heç bir dəstək nümayiş etdirmir. Yepiskoplar Katolikosun yanına qayıdıb üzr istəməyə cəsarət etmirlər. 

Mənbənin bildirdiyinə görə, yepiskop Kçoyan onlara öz qərarlarında sərbəst olduqlarını və bu məsələdə onlara kömək edə bilməyəcəyini kəskin şəkildə ifadə edib. Müxalif ruhlu din xadimləri hazırda seçkilərin nəticəsini gözləmək qərarına gəliblər.

Xəbərdə qeyd olunur ki, yepiskopların strategiyası seçkilərin nəticəsindən asılıdır: Paşinyan yenidən seçilərsə, onlar Katolikosun vəzifədən uzaqlaşdırılması planını yenidən aktivləşdirəcəklərini ümid edirlər. Paşinyan məğlub olarsa, onların Katolikosun yanına qayıtmaqdan və onun şərtlərini qəbul etməkdən başqa çıxış yolları qalmayacaq.

Qəzet vurğulayır ki, hazırda Erməni kilsəsi daxilindəki bu qrup tam bir qeyri-müəyyənlik və siyasi dalan içərisindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31