ABŞ kəşfiyyatı: İran Trampın təhdidlərinə boyun əyməyəcək- ÖZƏL

ABŞ kəşfiyyat orqanları ölkə prezidenti Donald Trampa İranın Vaşinqton administrasiyasının təhdidlərinə tabe olma ehtimalının aşağı olduğu barədə məlumat verib. Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post qəzetində dərc olunan məqalədə bildirilir. Nəşrin mənbələrinin sözlərinə görə, kəşfiyyat analitikləri hesab edir ki, İran mövcud qarşıdurmada üstün mövqedə olduğunu düşünür və bu səbəbdən ABŞ-ın hərbi güc tətbiqi ilə bağlı təhdidlərinə reaksiya verməsi ehtimalı azdır. Məlumata görə, bu qiymətləndirmələr birbaşa ABŞ prezidentinə təqdim olunub. Bildirilir ki, Donald Tramp mütəmadi olaraq İranla bağlı sərt bəyanatlar səsləndirsə də, eyni zamanda tərəflər arasında müəyyən əlaqələrin qorunduğunu da vurğulayır.
Qəzet qeyd edir ki, İran tərəfi ABŞ liderinin iddialarının əksəriyyətini təkzib edir. Mənbələrin bildirdiyinə görə, hazırda tərəflər arasında birbaşa dialoq yoxdur və əlaqələr əsasən Pakistan hökuməti vasitəsilə aparılan dolayı mesajlaşmalarla məhdudlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31