Paşinyana kilsədə hücum cəhdi: İstintaq Komitəsi ittihamları dəqiqləşdirdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi İrəvandakı Müqəddəs Anna kilsəsində Baş nazir Nikol Paşinyanın iştirakı ilə baş vermiş insidentlə bağlı ittihamları yeniləyib.

Hadisə martın 29-da, bayram ibadəti zamanı qeydə alınıb. Baş nazir kilsəni tərk edərkən bir qrup şəxs mühafizəçilərlə mübahisə edib, onlardan biri isə hökumət başçısına zərbə endirməyə cəhd göstərib. İnsidentlə bağlı hazırda üç nəfər həbs edilib: 18 yaşlı David və Mikael Minasyan qardaşları, həmçinin ictimai-siyasi xadim Gevorq Gevorqyan.

İstintaq çərçivəsində Minasyan qardaşlarının evində axtarışlar aparılıb. Xatırladaq ki, hadisə zamanı Paşinyan mühafizəçilərə müdaxilə etməmələri üçün "sakit olun" deyərək reaksiya vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31