Trampın reytinqi rekord həddə düşdü: ABŞ əhalisi İranla müharibəni dəstəkləmir – ÖZƏL
11:02 DünyaABŞ Prezidenti Donald Trampın xalq arasındakı nüfuzu yeni minimum səviyyəyə enib. Eyni zamanda, rəsmi Vaşinqtonun İrana qarşı yürütdüyü siyasətə dəstək verənlərin sayı da kəskin azalıb.
Olaylar.az xəbər verir ki, "The Hill" qəzetinin Massaçusets Universitetinin keçirdiyi rəy sorğusuna istinadən yaydığı məlumata görə, amerikalıların ölkə rəhbərinə olan etimadı ciddi şəkildə sarsılıb. Respondentlərin yalnız 33%-i respublikaçı liderin prezidentlik fəaliyyətini dəstəklədiyini bildirib. Sorğu iştirakçılarının 62%-i siyasətçinin addımlarını bəyənmədiyini qeyd edib. Onların arasından 53%-i isə mövcud kursa qarşı "qəti etiraz" etdiklərini vurğulayıblar.
ABŞ-nin İrandakı hərbi-siyasi fəaliyyətinə dəstək verənlər azlıq təşkil edir - cəmi 29%. Əhalinin 63%-i isə Ağ Evin Yaxın Şərq strategiyasını mənfi qiymətləndirib.