Litva: “Hibrid hücumlar davam etdikcə Belarusla dialoq mümkün deyil”- ÖZƏL

Litva Belarusla münasibətlərin normallaşması üçün əsas şərtin "hibrid hücumların" dayandırılması olduğunu bəyan edib.
Olaylar.az xəbər verir ki, Litva Prezidentinin xarici siyasət üzrə müşaviri Asta Skaisgiryte "Žiņu Radijas" radiostansiyasına açıqlamasında bildirib ki, Belarus tərəfindən həyata keçirildiyi iddia olunan bu fəaliyyətlər davam etdiyi müddətdə Vilnüsün dialoqa meyilli olması çətin görünür.
Onun sözlərinə görə, Litva bu cür hərəkətləri "hibrid hücumlar" kimi qiymətləndirir. Buraya Belarus ərazisindən qaçaq siqaret daşıyan hava şarlarının buraxılması, həmçinin Asiya və Afrika ölkələrindən olan qeyri-qanuni miqrantların Belarus üzərindən Litvaya keçmək cəhdlərinin artması daxildir. Vurğulayıb ki, bu hallar davam etdikcə Litva müdafiə mövqeyində qalmağa məcburdur:
"Bu cür addımlar davam edərsə, dialoqdan danışmağa belə əsas yoxdur."
Rəsmi Vilnüs hesab edir ki, yalnız bu fəaliyyətlər dayandırıldıqdan sonra iki ölkə arasında münasibətlərin bərpası müzakirə oluna bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31