Polşa: “Rusiyaya qarşı əməliyyatlar üçün hava məkanımızdan istifadə iddiaları yalandır”- ÖZƏL

Polşanın Rusiyaya qarşı mümkün hərbi əməliyyatlar üçün hava məkanını təqdim etməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub. Olaylar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi, general Maçey Kliş H.N. qəzetində dərc olunmuş açıqlamasında bildirib.
General vurğulayıb ki, ictimai məkanda yayılan bu tip iddialar həqiqəti əks etdirmir: "Polşanın hava məkanının Rusiya Federasiyasına qarşı hər hansı əməliyyatlar üçün təmin edilməsi ilə bağlı yayılan məlumat tamamilə yalandır və təsdiqini tapmayıb".
Açıqlamada qeyd olunub ki, son dövrlərdə qəbul edilən qərarlar sırf profilaktik xarakter daşıyır. Bu addımların əsas məqsədi vətəndaşların həyat və sağlamlığını qorumaq, həmçinin dövlət infrastrukturunun təhlükəsizliyini təmin etməkdir. Rəsmi qurumlar ictimaiyyəti yalnız təsdiqlənmiş mənbələrə istinad etməyə və dezinformasiya xarakterli məlumatlara qarşı diqqətli olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31