Çarli Kirkin qətlinə görə tutulan şəxs əsl qatil deyil? - Müdafiə tərəfi məhkəməyə üz tutdu

ABŞ Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosu (ATF) ictimai fəal Çarli Kirki öldürən güllənin hadisəyə görə həbs edilən Tayler Ceyms Robinsonun silahından atıldığını qəti şəkildə müəyyən edə bilməyib.

Musavat.com xəbər verir ki, bu iddia ilə Tayler Ceyms Robinsonun vəkilləri məhkəməyə müraciət ediblər.

ABC4 kanalının məlumatına görə, müdafiə tərəfi öz vəsatətində ATF-nin "yarılma zamanı tapılan güllənin Robinsonla əlaqəli tüfəngdən atıldığını sübut edə bilmədiyinə" inandığını bildirib. Lakin vəkillər qeyd ediblər ki, hələlik bu məsələ ilə bağlı tam ATF hesabatı almayıblar.

Vəsatətində müdafiə tərəfi həmçinin 700 saatdan çox video da daxil olmaqla, baxılmaq üçün təxminən 20.000 sənəd aldığını və buna görə də məhkəmədən bütün iş materiallarını nəzərdən keçirmək üçün daha çox vaxt istədiyini qeyd edib. Kanalın məlumatına görə, ilkin dinləmə may ayına təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31