Körfəz ölkələri ABŞ-dan İranla bağlı sona qədər getməsini istəyirlər

Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Fars körfəzi ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırır.

Musavat.com xəbər verir ki, Associated Press bu iddianı ABŞ, İsrail və Fars körfəzindən olan adları açıqlanmayan rəsmilərə istinadən irəli sürür.

Agentliyin məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri İran rəhbərliyində və ya İranın əhval-ruhiyyəsində köklü dəyişiklik olana qədər ABŞ-İsrail hərbi əməliyyatını davam etdirmək istədiklərini gizli şəkildə bildiriblər.

Bildirilir ki, Körfəz dövlətlərinin münaqişəyə fərqli münasibəti var: Səudiyyə Ərəbistanı və BƏƏ ən sərt mövqe tutur, Oman və Qətər isə diplomatik həlli dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31