NATO Türkiyəyə istiqamətlənən İran raketinin zərərsizləşdirildiyini elan etdi

NATO yenidən Türkiyəyə istiqamətlənən İran ballistik raketini uğurla zərərsizləşdirib.

Olaylar.az xəbər verir ki, bu barədə Alyansın sözçüsü Alison Hart "X" hesabında bildirib.

O NATO-nun üzv ölkələri müdafiə etmək üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raket buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31