Britaniya Fars körfəzində gəminin atəşə tutulduğunu açıqladı

Səudiyyə Ərəbistanı sahillərində Fars körfəzində konteyner gəmisinə atəş açılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, konteyner gəmisinin əməkdaşı təxminən bir saatlıq fasilə ilə gəminin yaxınlığında iki naməlum mərmi düşdüyünü bildirib.

"Heç bir heyət üzvü xəsarət almayıb. Səlahiyyətlilər araşdırma aparır", - deyə açıqlamada bildirilib.

Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindən 22 dəniz mili şimal-şərqdə baş verən hadisə barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Ras Tanura Səudiyyə Ərəbistanı yataqlarında hasil edilən neftin daşındığı əsas neft limanına ev sahibliyi edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31