ABŞ-nin Venesueladakı səfirliyi yenidən açıldı

ABŞ-nin Venesueladakı səfirliyi yenidən açıldı.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" Dövlət Departamentinin memorandumuna istinadən məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott verdiyi açıqlamada bildirib ki, Karakasda ABŞ səfirliyinin fəaliyyətinin bərpası Prezident Donald Trampın Venesuela üçün üç mərhələli planının həyata keçirilməsində əsas addımdır.

Qeyd edək ki, ABŞ-nin Venesueladakı səfirliyi 2019-cu ilin mart ayında Amerika diplomatik missiyasının Boqotaya köçürülməsi zamanı bağlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31