Manukyan seçkilərdən çəkildi
17:21 DünyaErmənistanda radikal müxalif düşərgədə seçkilər öncəsi yeni gediş edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sabiq müdafiə naziri, revanşist mövqeyi ilə tanınan Vazgen Manukyanın rəhbərlik etdiyi "Milli-demokratik ittifaq" partiyası parlament seçkilərində iştirakdan imtina edib.
Partiya bəyan edib ki, bu qərar "səslərin parçalanmasının qarşısını almaq" və müxalifətin birləşməsinə töhfə vermək məqsədi daşıyır. Bunun əvəzində tərəfdarlarına digər "ideoloji yaxın" müxalif qüvvələri dəstəkləmək çağırışı edilib.
Qeyd olunur ki, Manukyanın rəhbərlik etdiyi siyasi qüvvə uzun müddətdir sərt və radikal mövqeyi ilə seçilir. O, bir neçə il əvvəl Paşinyana qarşı etiraz aksiyalarının əsas fiqurlarından biri olub və hətta müxalifətin baş nazirliyə namizədi kimi irəli sürülmüşdü.
Partiya hakimiyyəti tənqid edərək iddia edib ki, mövcud rəhbərlik ölkəni "dərin böhrana" aparır və onun davamı dövlət üçün təhlükə yarada bilər.
Bununla belə, müşahidəçilər bu addımı müxalif düşərgədə səslərin konsolidasiyası cəhdi kimi qiymətləndirir.