İran müharibəsi ilə bağlı ŞOK XƏBƏRDARLIQ
17:09 DünyaABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı narahatedici proqnoz səsləndirilib.
Musavat.com xəbər verir ki, amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks İran ətrafında davam edən müharibənin qlobal münaqişəyə çevrilə biləcəyini bildirib.
O, "Nikkei Asia" portalına müsahibəsində qeyd edib ki, eskalasiya davam edərsə, vəziyyət nəzarətdən çıxa bilər:
"Müharibə yalnız ABŞ və İsrailin addımlarına qarşı qlobal reaksiyanın güclənməsi ilə dayana bilər. Əks halda Yaxın Şərq alova bürünəcək və bu, faktiki olaraq üçüncü dünya müharibəsinə çevrilə bilər".
Saksın sözlərinə görə, tərəflərin regionda hegemonluq uğrunda mübarizəsi münaqişəni daha da dərinləşdirir. O hesab edir ki, hərbi əməliyyatlar genişlənərsə, nəticələr təkcə regionla məhdudlaşmayacaq.
Ekspert vurğulayıb ki, müharibənin davam etməsi qlobal enerji bazarlarına ağır zərbə vura bilər:
"Belə bir ssenari dünyanı görünməmiş enerji böhranına sürükləyə və iqtisadi nəticələr fəlakətli ola bilər".
Saks əlavə edib ki, region ölkələrinin heç biri enerji resursları üzərində kənar nəzarəti qəbul etməyəcək və bu, qarşıdurmanı daha da kəskinləşdirə bilər.
Onun fikrincə, hazırkı vəziyyət yanlış hesablamalar və siyasi ambisiyalar fonunda daha təhlükəli mərhələyə keçmək riski daşıyır.