Almaniyada rəqs klubunda yanğın baş verib
14:37 DünyaAlmaniyanın Baden-Vürtemberq əyalətinin Kehl şəhərində yerləşən rəqs klubunda gecə saatlarında baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Yanğın zamanı klubda təxminən 750 nəfər olub.
Polis bildirib ki, səhər saat 03:45 radələrində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Hadisə zamanı insanlar vaxtında təxliyə oluna biliblər. Yanğının səbəbi isə hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31