Pentaqon İranda mümkün quru əməliyyatlarına hazırlaşır - KİV

Pentaqon ABŞ-nin İranda bir neçə həftə davam edə biləcək mümkün quru əməliyyatlarına hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Onun mənbələrinə görə, "Amerika əsgərləri və dəniz piyadaları Yaxın Şərqə gəldikcə, Pentaqon İranda bir neçə həftə davam edəcək quru əməliyyatlarına hazırlaşır. ABŞ prezidenti Donald Tramp gərginləşmək qərarına gələrsə, bu, müharibədə təhlükəli yeni bir mərhələyə çevrilə bilər".

Yayımlanan məlumatda bildirilir ki, potensial quru əməliyyatlar ABŞ qüvvələrinin İranı "tammiqyaslı şəkildə ələ keçirilməsi" nəzərdə tutmayacaq. Bunun əvəzinə onlar, ehtimal ki, "xüsusi təyinatlı qüvvələrin və adi quru qoşunlarının iştirakı ilə reydləri" əhatə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31