Kadırovun oğlu üzə çıxdı -yeni sensasion iddialar

Adam Kadırov yanvar ayında baş verən qəzadan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdır, onun döydüyü məhkum həbsxanadan yoxa çıxıb

Çeçenistan lideri Ramzan Kadırov respublikanın təhlükəsizlik qüvvələri komandirləri ilə görüşün videosunu yayımlayıb. Videoda onun çoxdandır ictimai yerlərdə görünməyən oğlu Adam da yer alıb. Musavat.com xəbəır verir ki, bu barədə "Novaya qazeta" yazır.
Bildirilir ki, bu, Adam Kadırovun yanvar ayında baş verən qəzadan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır. Videoda Adam Ramazan ayında keçirilən tədbirlərdən bəhs edir. Müsəlmanların müqəddəs ayı 17 fevraldan 19 marta qədər davam etdiyi üçün ehtimal ki, videoyazı yenidir.
Adam Kadırov 16 yanvarda Qroznıda avtomobil qəzasına düşüb. Məlumatında bildirilirdi ki, o, yüksək sürətlə maşın sürərkən idarəetməni itirib. İddiaya görə, qəzada digər avtomobilin sürücüsü ölüb.
Bundan sonra Adam Kadırov Moskvadakı Botkin adına xəstəxanaya yerləşdirilib və orada təxminən üç həftə müalicə kursu keçib. O, fevral ayında xəstəxanadan çıxıb. Mənbənin məlumatına görə, Adam həyati təhlükəsi olmayan xəsarətlər alıb. Qəzanın yeganə ciddi nəticəsi görmə sinirinin zədələnməsi olub.Çeçenistan liderinin oğlunun üç cangüdəni də qəzadan sonra ictimaiyyətin gözündən itib. Onlardan ən azı ikisi - Bislan Kaimov və Apti İrasxanov da Adamınkından daha ağır xəsarətlərlə Moskvaya təxliyə ediliblər. Çeçenistanın Telegram kanalının yazdığına görə, Kaimov hətta ömürlük iflic qala bilər.

Bu arada "kavkaz.realiy" 2023-cü iln yayında Quranı yandırdığına görə Adam Kadırovun nümayişkarənə döydüyü Nikita Juravel barədə sensasion iddia yayıb. Bildirilir ki, Nikita Juravel həbsxanadan yoxa çıxıb. Juravelin vəkili Andrey Sabininin Prezident İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçevaya göndərdiyi məktuba görə, dekabrın 24-də ailəsi ona Ulyanovskdan göndərdiyi məktubu alıb və bundan sonra o, yoxa çıxıb. Vəkil Merkaçevadan axtarışında kömək etməsini xahiş edərək "Ailəm və mən Nikitanın həyatı və sağlamlığı üçün narahatıq, xüsusən də onun sağ olduğuna dair heç bir dəlil olmadığı üçün" yazıb. Sabinin əlavə edib ki, Juravelin 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər saxlanıldığı Volqoqraddakı istintaq təcridxanasında ona valideynləri ilə uzun müddət görüşmək hüququndan qanunsuz olaraq imtina edilib. Yada salaq ki, Quranla bağlı hadisəyə görə o vaxt 15 yaşında olan Adam Kadırov Nikitanı döymüşdü. Yeniyetmə məsuliyyətə cəlb olunmaq əvəzinə, dövlət mükafatları və vəzifələr aldı.
27 fevral 2024-cü ildə Qroznıdakı məhkəmə Juraveli Quran yandırma işi üzrə üç il yarım həbs cəzasına məhkum etdi. O, dini hissləri təhqir etməkdə və "dini nifrət"dən qaynaqlanan xuliqanlıqda günahkar bilindi.
2024-cü ilin oktyabr ayında isə gəncin dövlətə xəyanətdə ittiham olunduğu bildirildi. Bunun təsdiqi və ya Quran yandırma videosunda onun iştirakına dair birbaşa dəlil yoxdur. İnsan haqları fəallarının sözlərinə görə, istintaqın və məhkəmənin əsas əsası Juravelin etirafı idi, lakin bu, çox güman ki, təhlükəsizlik qüvvələrinin təzyiqi altında əldə edilib.
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31