Pakistan və İran liderləri arasında telefon danışığı olub
21:01 Dünya"Mən İran Prezidenti Məsud Pezeşkianla danışdım və cəsur İran xalqı ilə həmrəy olduğumu bildirdim".
Olaylar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
"Biz Körfəz bölgəsindəki vəziyyəti müzakirə etdik. Gərginliyin azaldılması, dialoq və diplomatiyaya təcili ehtiyac barədə razılığa gəldik. Mən həmçinin Pakistanın bölgədə sülhün təşviqində konstruktiv rol oynamaq öhdəliyini bir daha təsdiqlədim", - deyə Şərif vurğulayıb.
"Axios" yazır ki, bu gün səhər tezdən İsrail rəsmisi vasitəçi ölkələrin İslamabadda İran və ABŞ arasında görüş təşkil etməyə çalışdığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31