"Tasnim": İran müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb
19:48 Dünyaİran qarşıdakı günlərdə ABŞ və İsrailə qarşı apardığı müharibə ilə bağlı yeni "sürprizlər" planlaşdırıb.
Olaylar.az xəbər verir ki, bu barədə hərbi mənbə "Tasnim" agentliyinə bildirib.
Qeyd edilib ki, bu "sürpriz"lərin həyata keçirilməsi çox böyük nəticələr verə bilər.
Əlavə edilib ki, ABŞ Prezidenti Donald Tramp müharibədə bütün hərbi variantlarının uğursuzluğunu görür və indi çıxış yolu axtarmağa çalışır, çünki Hörmüz boğazının hərbi yolla açılmasına ümidi yoxdur.
Qeyd edilib ki, Tramp bir müddət telefon və sosial şəbəkələrdən uzaqlaşmalı və bundan sonra diqqətini yalnız səmaya, fond bazarına və neft qiymətlərinə yönəltməlidir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31