Tramp: "Razılaşma olarsa, ABŞ İranın nüvə materiallarını özündən çıxaracaq"

Tehran və Vaşinqton hərbi əməliyyatlara son qoymaq üçün razılığa gələrsə, ABŞ İrandakı uran materiallarını ölkədən çıxaracaq

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

O, Tennessi ştatına işgüzar səfərə yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, Tehrandan nüvə materiallarının çıxarılmasını istəyir: "Bu, çox asandır. Əgər onlarla razılaşmamız olarsa, gəlib özümüz alacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31