Türkiyə və Pakistanın XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
18:45 DünyaTürkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər.
XİN rəhbərləri regionda sülh və sabitliyi təmin etmək üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31