İrəvan və Ankara arasında "tələbə diplomatiyası" – Mirzoyan planı açıqladı
16:23 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin normallaşması prosesində gözlənilməz və yeni bir mərhələyə qədəm qoyulduğunu, tərəflərin hətta qarşılıqlı tələbə təqaüdlərinin təsis edilməsini müzakirə etdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, martın 23-də parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxış edən nazir hazırda İrəvan və Ankara arasında kifayət qədər dinamik, aktiv və ümidverici dialoqun mövcud olduğunu bildirib. Mirzoyanın sözlərinə görə, bu dialoq artıq o dərəcəyə çatıb ki, diplomatik münasibətlərin qurulması və sərhədlərin tam açılması məsələsi real nəticələrə yaxınlaşıb. Təhsil sahəsindəki yeni təşəbbüsə əsasən, hər iki ölkənin ali təhsil müəssisələrində qarşılıqlı tələbə mübadiləsini təşviq etmək üçün xüsusi dövlət təqaüdlərinin ayrılması planlaşdırılır.
Nazir həmçinin qeyd edib ki, Gümrü-Qars dəmir yolu xəttinin və yol infrastrukturunun bərpası istiqamətində artıq mütəxəssis qrupları yerində araşdırmalar aparıb, iki dəfə görüş keçiriblər. Bununla yanaşı, tarixi Ani körpüsünün birgə bərpası və mədəni irsin qorunması istiqamətində hüquqi mexanizmlərin dəqiqləşdirildiyi vurğulanıb