İran əməliyyatının aviaşirkətlərə zərəri hesablandı: 20 gündə...

ABŞ və İsrailin İrana qarşı əməliyyatı nəticəsində dünyanın 20 ən böyük aviaşirkətinə təxminən 53 milyard dollar ziyan dəyib.

Musavat.com xəbər verir ki, bu nəticəyə Financial Times qəzeti öz hesablamalarına əsasən gəlib.

Aviaşirkət rəhbərləri neft qiymətlərinin uzun müddətli artımının, Fars körfəzi hava limanlarında fasilələrin və qlobal tələbata mümkün zərbənin nəticələri ilə bağlı həyəcan təbili çalırlar.

Həmçinin qeyd olunur ki, Yaxın Şərqdən kənar marşrutlarla səyahət etməyi planlaşdıran sərnişinlər aviaşirkətlər gəlirlərini qorumağa çalışdıqları üçün yaxın aylarda kəskin qiymət artımları ilə üzləşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31