İsrail bu ölkəyə də hücum etdi
12:00 Dünyaİsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.
Bunu İsrail Müdafiə Qüvvələri (IDF) açıqlayıb.
IDF-in bildirdiyinə görə, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib. İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.
Ordu Suriyanın cənubunda vəziyyəti izləməyə davam etdiyini və siyasi rəhbərliyin göstərişlərinə uyğun addımlar atacağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31