Komissar: ABŞ silah istehsalında kifayət qədər məhsul verə bilməyəcək- ÖZƏL

Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius bildirib ki, ABŞ Yaxın Şərqdə gərginliyin artması səbəbindən kifayət qədər silah istehsal edə bilməyəcək.
"Amerika istehsalçıları həm Körfəz ölkələri, həm öz silahlı qüvvələri, həm də Ukrayna üçün lazım olan silah miqdarını təmin edə bilməyəcək," - Kubilius Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamyş ilə birgə mətbuat konfransında bildirib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu səbəbdən AB-nin hava hücumundan müdafiə və raket komplekslərinin istehsalını artırması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31