Siyasətçi NATO-nu Avropanı Rusiya ilə müharibəyə hazırlamaqda ittiham etdi- ÖZƏL
13:09 DünyaFinlandiyanın "Azadlıq Alyansı" partiyasının üzvü Armandо Mema hesab edir ki, Finlandiyanın NATO-ya qoşulmasından sonra ölkənin suverenliyi demək olar ki, itib və Avropa üç-dörd il ərzində Rusiya ilə tammiqyaslı münaqişəyə hazırlaşdırılır.
Olaylar.az xəbər verir ki, Mema bildirib ki, NATO-nun əsas məqsədi Finlandiya, Baltik ölkələri və Şimal Avropada nüvə silahları yerləşdirərək eskalasiya zamanı üstünlük əldə etməkdir. O əlavə edib ki, Avropada nüvə təhlükəsizliyi ilə bağlı qərarlar Rusiyanın iştirakı olmadan qəbul edilməməlidir.
Qeyd olunur ki, Finlandiya hökuməti nüvə silahlarının ölkə ərazisindən hava, dəniz və quru nəqli ilə tranzitini qanuniləşdirmək üçün qanun layihəsi hazırlayıb.
Mema həmçinin Avropa ölkələrinin NATO-nun göstərişi ilə silahlanmaya milyardlarla avro xərclədiyini vurğulayıb.