Paşinyan partiyası 2026 seçkilərində "konstitusion çoxluq" hədəfləyir – ÖZƏL
13:07 DünyaErmənistanın hakim "Mülki Müqavilə" partiyası 2026-cı il parlament seçkilərində Milli Assambleyada konstitusion çoxluq əldə etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə martın 6-da hakim partiyadan olan deputat Arman Yeqoyan parlament brifinqi zamanı bəyanat verib.
Yeqoyan qeyd edib ki, dövlətin qarşısında açılan perspektivləri reallaşdırmaq və əldə olunmuş sülhü "dönməz" etmək üçün vətəndaşların birmənalı dəstəyi vacibdir. Deputatın sözlərinə görə, 2021-ci ildə xalqın verdiyi səs sülhün bərqərar olması ilə özünü doğruldub, lakin bu nailiyyəti qorumaq üçün hakimiyyətə yenidən mütləq üstünlük lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31