Gürcüstan nümayəndə heyəti Konqresdə: Münasibətlərdə "yeni mərhələ" müzakirə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ABŞ Konqresinə səfərini yekunlaşdırıb. Səfər çərçivəsində beş konqresmenlə, o cümlədən Mayk Törner və Kit Self ilə keçirilən görüşlərdə Gürcüstan-ABŞ münasibətlərinin sağlamlaşdırılması və yeni mərhələyə keçidi əsas müzakirə mövzusu olub.

Görüşlərdə regional təhlükəsizlik, işğal olunmuş ərazilər, İrandakı proseslər və "Orta Dəhliz" layihəsinin inkişafında Gürcüstanın rolu ətrafında fikir mübadiləsi aparılıb. Samxaradze amerikalı qanunvericiləri Konqresdəki "anti-Gürcüstan" xarakterli təşəbbüslərə qarşı diqqətli olmağa və münasibətlərdəki müsbət dinamikanı qorumağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31