Yapon ekspert: ABŞ İranla münaqişədən tez geri çəkilə bilər- ÖZƏL
12:35 DünyaABŞ-ın İranla münaqişədən qısa müddətdə geri çəkilmək ehtimalı var. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın Enerji İqtisadiyyatı İnstitutunun Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Saçi Sakanasi Yaponiya Milli Mətbuat Klubunda keçirilən brifinqdə bildirib. Ekspertin sözlərinə görə, ABŞ və müttəfiqlərinin itkilərinin artması, hərbi xərclərin yüksəlməsi və Hörmüz boğazının blokadası səbəbindən enerji qiymətlərinin bahalaşması ABŞ-da seçicilər arasında narazılıq yarada bilər. Bu şəraitdə bazarların təzyiqi və payızda keçiriləcək aralıq seçkilər fonunda Donald Trampın atəşkəs elan etməsi mümkün ssenarilərdən biri kimi qiymətləndirilir.
Sakanasi münaqişənin inkişafı üçün daha iki variant da irəli sürüb: İran rejiminin çökməsi və ya münaqişənin uzunmüddətli müharibəyə çevrilməsi.
Onun fikrincə, İran rejiminin süqutu ölkənin hərbi komandanlığının məhv edilməsi, raket və dron ehtiyatlarının tükənməsi, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin tam zəiflədilməsi və Hörmüz boğazındakı blokadanın aradan qaldırılması ilə mümkün ola bilər.