İranın xəbərdarlığı: Regiondakı ABŞ bazaları hədəfdədir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə region ölkələrinə xəbərdarlıq edərək bildirib ki, İrana qarşı istənilən hücum Tehrana Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirmək hüququ verir.

Nazir müavini ABŞ-nin regiondakı hərbi varlığını tənqid edərək, bu bazaların "Fars körfəzində balıq tutmaq üçün deyil", hərbi məqsədlər üçün orada olduğunu vurğulayıb.
O qeyd edib ki, hücumlar İranın Qətər və Omanla yeni regional təhlükəsizlik arxitekturasını, ABŞ ilə isə nüvə sazişini müzakirə etdiyi bir vaxtda baş verib.

Xətibzadə ABŞ-nin regiondakı varlığına son qoymağın Tehran üçün strateji zərurət olduğunu deyərək, İranın dövlətçiliyinə təhlükə yaranacağı təqdirdə cavab tədbirlərinin amansız olacağını bildirib.

"Biz amerikalılara və qonşularımıza dedik: əgər onlar yer üzündəki ən qədim sivilizasiyaya son qoymaq istəyirlərsə, biz də onların Fars körfəzi regionundakı varlığına son qoyacağıq", - deyə nazir müavini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31