Erməni mediası: “Vətəndaş Müqaviləsi”ndə seçkilərlə bağlı narahatlıq artır – ÖZƏL

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvlərinin əksəriyyəti qarşıdan gələn seçkilərdə qələbə ehtimalının hər gün azaldığını düşünür. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti yazıb.
Nəşrin məlumatına görə, partiya daxilində bir çox üzv seçkilərlə bağlı nikbin deyil və qələbə şanslarının zəiflədiyini hesab edir.

Bununla belə, mənbələrin bildirdiyinə görə, Ermənistanın baş naziri və partiyanın sədri Nikol Paşinyan vəziyyətə digərlərindən fərqli yanaşır və əvvəlkindən daha sakit görünür.
Qəzetin yazdığına əsasən, Paşinyan komanda yoldaşlarına müraciət edərək onları ruhdan düşməməyə çağırıb.

"Ruhdan düşməyin, soyuq duş sonda olacaq, bizim qələbəmiz qaçılmazdır", - deyə Paşinyan partiya üzvlərinə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31