Azərbaycan İranla hava məkanını bağladı

Azərbaycan İranın Naxçıvanı vurmasından sonra, bu ölkə ilə hava məkanını 12 saatlıq qismən bağlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat "FlightRadar24" xidmətinin göstəricilərinə əsasən yayılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, İran tərəfindən atılan raket aparatı Naxçıvan Muxtar Respublikası ərazisində hava limanının terminal binasına çırpılıb. Daha bir raket isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb. Nazirlik İranın Azərbaycandakı səfirini XİN-ə çağıraraq ona etiraz notası təqdim edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı isə Azərbaycana doğru dron buraxılması barədə məlumatı təkzib edib və insidenti təxribat adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31