Naxçıvanda bu məktəblər BOŞALDILDI
13:00 DünyaXəbər verdiyimiz kimi, İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu edib.
Milli.Az-ın əldə etdiyi məlumata əsasən, Naxçıvan Beynəlxalq Kembric Məktəbi və Naxçıvan Müəllimlər İnstitutu boşaldılıb. Yaxınlıqda olan bəzi bağçaların da təxliyə olunduğu bildirilir.
Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31