Kanada Baş naziri: "ABŞ və İsrailin İrana zərbələri beynəlxalq hüquqa ziddir" – ÖZƏL

Kanadanın Baş naziri Mark Karni ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələri şərh edərkən beynəlxalq hüquq normalarına diqqət çəkib. 

Olaylar.az xəbər verir ki, "Le Monde" nəşrinin məlumatına görə, hökumət başçısı bu addımların hüquqi tərəflərini şübhə altına alıb.

Karni qeyd edib ki, ilk baxışdan bu hərbi əməliyyatlar beynəlxalq hüquqla bir araya sığmır və ya birbaşa ona zidd görünür. Baş nazir məsələyə qəti hüquqi qiymət verməkdən yayınıb: "Buna başqaları qərar verməlidir. Mən hüquqşünas deyiləm, xüsusən də beynəlxalq hüquq sahəsində ekspert deyiləm", - deyə o əlavə edib.

Kanadanın bu mövqeyi regionda gərginliyin artdığı bir vaxtda Qərb müttəfiqləri arasında fərqli yanaşmanın olduğunu nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31