İran Mərkəzi Kəşfiyyat İdarəsinin binasını hədəf aldı – İki ölkədə

"Son iki gündə İraq və  Səudiyyə Ərəbistanındakı Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları edilib".

Globalinfo.az xəbər verir ki, bu barədə "CBS" Fars körfəzindəki kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

"Hücum zamanı ərazidə ABŞ əsgərləri olmayıb. Səudiyyə Ərəbistanındakı Mərkəzi Kəşfiyyat İdarəsinin obyektində də itki yoxdur. Hələlik vəziyyətlə bağlı şərh verilməyib", - deyə bildirilib.

Bundan əvvəl İrana məxsus pilotsuz təyyarə Bağdad hava limanı yaxınlığındakı Amerikanın "Viktoriya" hava bazasına zərbə endirmişdi.

Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31