Trampın tərəfdarları İrana qarşı müharibənin məqsədlərini sual altına alır- ÖZƏL

ABŞ prezidenti Donald Trampın tərəfdarları İrana qarşı hərbi əməliyyatların məqsədləri ilə bağlı artan narahatlıq ifadə edirlər. Olaylar.az xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Ağ Evin İrana qarşı hücumlarla bağlı mövqeyini əsaslandırmaq üçün vaxtı azalır. ABŞ Silahlı Qüvvələrinin United States Central Command (CENTCOM) məlumatına əsasən, Yaxın Şərqdə baş verən hərbi əməliyyatlar zamanı İranın ilk cavab zərbələri nəticəsində altı amerikalı hərbçi həlak olub. Bildirilir ki, proses Respublikaçılar Partiyasının MAGA ("Make America Great Again") hərəkatında da narazılıq yaradıb. Bəzi tərəfdarlar hesab edir ki, mümkün uzunmüddətli münaqişə yanacaq qiymətlərinin artmasına və prezidentin vədlərinin zədələnməsinə səbəb ola bilər. Partiya strateqi Metyu Bartlett isə hərəkat daxilində hadisələrin gedişinə şübhə ilə yanaşanların sayının artdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31