Şaraşidze: Boykot və “dinc devrilmə” təşəbbüsü yalnız Gürcü Arzusunu gücləndirdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Giorgi Şaraşidze müxalifətin bir hissəsi arasında yaradılmış "Müxalifət Alyansı"na münasibət bildirərək, bu birlik ideyasının hakim Gürcü Arzusunu daha da möhkəmləndirdiyini deyib.

Gaxaria Gürcüstan üçün partiyasından olan deputatın sözlərinə görə, sözügedən partiyaları birləşdirən əsas amil 4 oktyabr tarixində elan olunan boykot və "dinc devrilmə" təşəbbüsü olub.

"Bu partiyaları boykot və 4 oktyabrda planlaşdırılan qondarma "dinc devrilmə" ideyası birləşdirdi. Bütün bunlar isə yalnız "Gürcü Arzusu"nu gücləndirdi. Həmin partiyalar birbaşa və ya dolayısı ilə, qəsdən və ya bilməyərəkdən hakim partiyanın işinə yaradıblar. Onların radikal və "nasional" keçmişini bir kənara qoysaq belə, bizim bu partiyalarla heç bir əlaqəmiz yoxdur. Bizim müstəqil yolumuz, strategiyamız və taktikamız var ki, bu da ilk növbədə "Gürcü Arzusu"nun avtoritar rejimini zəiflətməyə yönəlib", - deyə Şaraşidze bildirib.

Deputat əlavə edib ki, 4 oktyabrda baş verənlər məsuliyyətsiz addım idi: "Hər şey boykot kampaniyası ilə başladı, ardınca "dinc devrilmə" təxribatı gəldi. Şübhəsiz ki, bu, "Gürcü Arzusu" tərəfindən planlaşdırılmışdı və həmin partiyalar bu təxribatda iştirak etməmək və hakimiyyəti gücləndirməmək üçün yetərincə uzaqgörənlik nümayiş etdirə bilmədilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31