Böyük Britaniya Aralıq dənizinə hərbi gəmi göndərir- ÖZƏL
15:32 DünyaBöyük Britaniya Aralıq dənizinə HMS Duncan esminesini göndərməyə hazırlaşır. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "The Times" nəşri yayıb.
Məlumata görə, hərbi gəmi Böyük Britaniyanın Kiprdə yerləşən hərbi bazasının müdafiəsini gücləndirmək məqsədilə bölgəyə yola salınacaq. Qərar bazanın atəşə tutulmasından sonra qəbul edilib.
Qeyd olunur ki, rəsmi London Aralıq dənizi regionunda təhlükəsizlik risklərinin artması fonunda öz hərbi obyektlərinin qorunması üçün əlavə tədbirlər görür. HMS Duncan müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmuş Type 45 sinifli esminesdir və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ən qabaqcıl gəmilərindən hesab olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31