Kömürün qiyməti kəskin BAHALAŞDI
14:19 Dünyaİsrail və ABŞ-nin İranda keçirdiyi əməliyyatlar və bunun nəticəsində Fars körfəzindən neftlə LNG tədarükündə yaranan risklər kömür bazarında bahalaşmaya səbəb olub.
Milli.Az xəbər verir ki, son 24 saatda kömürün birja qiyməti 8,6% artaraq 2024-cü ilin dekabrından bəri ən yüksək həddə çatıb. Nyukasl (Avstraliya) limanından Asiya üçün əsas etalon sayılan kömürün qiyməti ton başına 128,7 dollara yüksəlib.
Bunun fonunda Avstraliyanın iri istehsalçıları "Whitehaven Coal Ltd." və "New Hope Corp." şirkətlərinin səhmləri 5%-dən çox bahalaşıb.
Alıcılar LNG bazarında mümkün uzunmüddətli fasilələrə hazırlaşır. Qətərin Ras-Laffan şəhərində yerləşən zavod İranın dron hücumu səbəbindən 30 ildə ilk dəfə fəaliyyətini dayandırıb. Qlobal LNG təchizatının təxminən 20%-ni təmin edən müəssisənin nə vaxt işə başlayacağı hələ açıqlanmayıb.