Peskov: "Putin Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün bütün mümkün səyləri göstərir" ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə gərginliyin azaldılmasına mümkün qədər kömək etməyə çalışır. Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
Peskov qeyd edib ki, Putin şübhəsiz ki, gərginliyin azaldılmasına kömək etmək üçün bütün səylərini göstərəcək və göstərir. "Dünənki danışqlar zamanı demək olar ki, bütün tərəflərlə söhbətlərdə əsas mövzu İranın infrastrukturuna edilən zərbələrə dair dərin narahatlığımızın İrandakı həmkarlarımıza çatdırılması olub. Bu, İran rəhbərliyi ilə davam etdirdiyimiz dialoq imkanından istifadə edilməklə həyata keçirilib", - deyə Kremlin nümayəndəsi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31