Simonyan: "Dəmir yollarının idarəçiliyi üçün Rusiya ilə danışıqlar aparırıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan martın 3-də Milli Məclisdə jurnalistlərə açıqlamasında ölkənin dəmir yollarının idarə edilməsi ilə bağlı Rusiya tərəfi ilə müzakirələrin getdiyini bildirib.

Spiker qeyd edib ki, hazırda bu məsələ gündəmdədir və İrəvan Moskvadan operativ reaksiya gözləyir: "Biz ən qısa zamanda cavab gözləyirik. Bu layihə Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu məsələni müzakirə etməkdən və onunla məşğul olmaqdan başqa alternativimiz yoxdur", - deyə Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın dəmir yolu sektoruna başqa ölkələr də maraq göstərir. Lakin hələlik danışıqlar davam edir və yekun qərar qəbul olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31