ABŞ-dən İran etirafı: "Danışıqlar son şans idi" – ÖZƏL
11:47 DünyaABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bəyan edib ki, Vaşinqton İranla saziş əldə etməyin qeyri-mümkün olduğunu hələ danışıqların ikinci raundunda anlayıb. Bu açıqlama fonunda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar regionda gərginliyi pik həddə çatdırıb.
Olaylar.az xəbər verir ki, Stiv Vitkoff "Fox News" telekanalına müsahibəsində rəsmi Tehranla aparılan uğursuz diplomatik prosesin pərdəarxası məqamlarını bölüşüb. O bildirib ki, ABŞ nümayəndə heyəti ədalətli saziş bağlamağa çalışsa da, İranın mövqeyi buna imkan verməyib: "Biz ora ədalətli saziş bağlamaq üçün getmişdik. Lakin artıq ikinci görüşün sonunda bunun qeyri-mümkün olduğu tam aydın idi. Üçüncü görüşü isə sadəcə onlara son şans vermək üçün keçirdik."
Vitkoffun sözlərinə görə, o və ABŞ liderinin kürəkəni Jared Kuşner İran nümayəndə heyətinin "uranın zənginləşdirilməsinin ayrılmaz hüquqları" olduğunu iddia etməsindən ciddi şəkildə təəccübləniblər.
Maraqlıdır ki, daha əvvəl "Axios" portalı İsraildəki mənbələrinə istinadən fərqli bir iddia irəli sürmüşdü. Məlumata görə, ABŞ-nin Cenevrədə İranla apardığı danışıqlar əslində bir taktiki gediş olub. Məqsəd, İsrail ilə planlaşdırılan birgə hərbi əməliyyat öncəsi Tehranın ehtiyatlılığını azaltmaq və "diqqətini yayındırmaq" (yuxuya vermək) olub.