İsrailin Gürcüstandakı səfiri: "Hökumət rəsmiləri ilə görüşmək istəyirəm" – ÖZƏL

İsrailin Gürcüstandakı səfiri Valid Abu Haya bölgədə cərəyan edən son hadisələr fonunda Gürcüstan hökumətinin rəsmi nümayəndələri ilə görüşmək niyyətində olduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, "Formula" telekanalına müsahibə verən diplomat bu görüşün yaxın vaxtlarda baş tutacağına ümid etdiyini bildirib.

Səfir hazırda Gürcüstanda minlərlə İsrail vətəndaşının olduğunu və onların vətənlərində baş verənlərdən ciddi narahatlıq keçirdiklərini qeyd edib: "Hazırda İsrailin hava məkanı bağlıdır. Aviauçuşlar bərpa olunan kimi biz vətəndaşlarımızın qayğısına qalacağıq. Eyni zamanda, İsraildə olan Gürcüstan vətəndaşları bilməlidirlər ki, biz təkcə öz vətəndaşlarımızı deyil, ölkəmizdə olan hər kəsi qoruyuruq."

Valid Abu Haya Gürcüstanın Təl-Əvivdəki səfirliyi ilə mütəmadi əlaqədə olduqlarını və gürcü diplomatların Qüdsdəki İsrail Xarici İşlər Nazirliyi ilə birbaşa kommunikasiyasının mövcudluğunu vurğulayıb. O əlavə edib ki, Gürcüstan tərəfinə lazım olan hər cür yardım göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31