Qazaxıstan Yaxın Şərq danışıqları üçün platforma olmağa hazırdır- ÖZƏL

Qazaxıstan Yaxın Şərqdə ABŞ və İsrailin İrana hücumundan sonra kəskinləşən münaqişənin nizamlanması üçün danışıqlara ev sahibliyi etmək imkanını nəzərdən keçirməyə hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Alibek Bakayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi müraciət daxil olacağı təqdirdə Astana belə təşəbbüsü diqqətlə araşdıracaq. Hazırda isə tərəflərdən hər hansı müraciət daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31