Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, Çin Körfəz ölkələrinin enerjidən asılıdır, xüsusilə də Qətər qazına böyük ehtiyac duyur.

Regional hücumlar tanker hərəkətinə mane olub və Qətərdə mayeləşdirilmiş təbii qaz istehsalını qısa müddətə dayandırıb. Bunun fonunda Çin rəsmiləri Tehranı qlobal və Çin bazarları üçün vacib olan enerji marşrutlarını hədəf almamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31