ABŞ-ın İsraildəki səfiri amerikalılara Misirdən keçərək təxliyə olunmağı tövsiyə etdi- ÖZƏL 

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ölkədə artan təhlükəsizlik təhdidləri fonunda amerikalı vətəndaşlara Misir üzərindən quru yolu ilə ölkəni tərk etməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki, səfir bu barədə X sosial şəbəkəsində paylaşım edib..Onun sözlərinə görə, hazırda ən uyğun variant İsrailin Turizm Nazirliyinin təşkil etdiyi avtobuslarla Taba şəhərinə getmək, oradan isə təyyarə ilə uçmaq və ya paytaxt Qahirə istiqamətində hərəkət etməkdir.
Səfir hazırkı şəraitdə İordaniya vasitəsilə çıxışı tövsiyə etmədiyini də vurğulayıb.
Hakabi əlavə edib ki, hətta Ben-Qurion Hava Limanı yenidən fəaliyyətini bərpa etsə belə, reyslərin sayı son dərəcə məhdud olacaq və ilkin mərhələdə uçuşlar yalnız İsrailin milli aviadaşıyıcısı El Al tərəfindən həyata keçiriləcək.
Diplomat həmçinin qeyd edib ki, ABŞ səfirliyinin hazırda vətəndaşların İsraildən tammiqyaslı təxliyəsini müstəqil şəkildə təşkil etmək imkanı yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31