ABŞ-dan üç ölkədəki səfirliyə mesaj göndərildi: “Tərk edin!”

ABŞ Bəhreyn, İordaniya və İraqdakı səfirliklərinin bəzi əməkdaşlarını təxliyə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliklərinin saytında yazılıb.

"2 mart 2026-cı il tarixindən etibarən Dövlət Departamenti təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən təcili olmayan ABŞ hökuməti heyətinə İraqı tərk etməyi tapşırıb", - deyə İraqdakı səfirlik qeyd edib.

İordaniya səfirliyinin veb saytında bildirilib ki, ABŞ hökumət işçilərinin ailə üzvlərinə də krallığı tərk etmək əmri verilib.

Eyni mesaj Bəhreyndəki Amerika diplomatik nümayəndəliyinin saytında da dərc olunub.

Qeyd edək ki, martın 3-ü səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə ABŞ aviabazasına hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31